Dəmiryol stansiyasında silahlı şəxs saxlanılıb

0
14

Suraxanı dəmiryol stansiyasının ərazisində silahlı şəxs saxlanılıb.

AnTV.az xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma), 221.3-cü (Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə məhkum olunmuş Ağdaş rayon sakini Anar Hüseynov Suraxanı dəmiryol stansiyasının ərazisində saxlanılıb.
Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd “Revolver Naqan” markalı odlu silah və həmin tapançaya məxsus 2 ədəd patron aşkar edilərək götürülüb.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin