Dekabrın 10-dan metronun “Bakmil” stansiyasına giriş-çıxış məhdudiyyəti saat 18:00-a qədər davam edəcək

0
29

Dekabrın 10-dan “Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyasına giriş-çıxış məhdudiyyəti saat 08:20-dən 18:00-a qədər davam edəcək.

Bu barədə AnTV.az-a qurumdan bildirilib.

Xatırladaq ki, hazırda məhdudiyyət saat 17:00-da qədər davam edir.

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, “Bakmil” stansiyası ilə “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin