Daha bir icra başçısı “Nəsimi”yə ağac əkdirdi – QEYRİ-CİDDİ ADDIM

0
107

Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü Abşeron rayon İcra Hakimiyyəti də qoşulub.

AnTV.az xəbər verir ki, bu gün səhər saatlarından start verilən ağacəkmə kompaniyasına (İcra Hakimiyyətinin yaydığı məlumatda “kompaniya”dır. Oxu “kampaniya”-Pravda.az) ilk olaraq Novxanı-Mehdiabad yolundan başlanılıb.

Aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, könllülər və KİV nümayəndələri iştirak edib.

Aksiyada rayon Mədəniyyət Mərkəzinin üzvlərinin, Rayon Musiqi Məktəblərinin saz və nağara kollektivlərinin iştirakı bayram ab-havası yaradıb. Aktyorların İmadəddin Nəsimini və onun əsərlərindəki qəhrəmanları canlandırması, rəks qruplarının milli rəks nömrələri göstərməsi aksiyanı daha da rəngarəng edib.

İ.Gülməmmədova budara ağac əkib, könüllülərlə şəkil çəkdirib.

Bundan sonra RİH başçısı Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində gələrək yüzlərlə könüllü ilə birlikdə ağac əkib, incəsənət nümayəndələrinin çıxışlarına baxıb.

Ağacəkmə kompaniyası (İcra Hakimiyyətinin yaydığı məlumatda “kompaniya”dır. Oxu “kampaniya”- Pravda.az) daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Parkında davam etdirilib.

Burada Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da könüllülərə qoşularaq ağac əkib. Aksiya incəsənət nümayəndələrinin ifa etdiyi musiqilərlə davam etdirilib.

Qeyd edək ki, ağacəkmə aksiyasında Abşeron rayonu üzrə ümumilikdə 22 min ağac əkilib.

Fotoları təqdim edirik
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin