Siyasət

Daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi - FOTO

Deputat Sofya Ovsepyan baş nazir Nikol Paşinyanla yollarını ayırmağa qərar verib. 

AnTV.az erməni mediasına istinadən bildirir ki, o, “Mənim addımım” fraksiyasının sıralarını tərk etməyə qərar verib. Bu barədə feysbuk səhifəsində yazan Ovsepyan ümid edib ki, seçiciləri onun qərarını anlayışla qarşılayacaqlar. “Mən bu qərarı xeyli düşünəndən sonra verdim”, deputat bildirib. Bundan sonra istənilən vətənpərvər və dövlətçilik ideyalarını dəstəkləyəcəyini, ölkəsinin və xalqının maraqlarına zidd olan öhdəliklərə qarşı çıxacağını açıqlayan deputat dolayısı ilə Paşinyanı xəyanətdə günahlandıranlara dəstək vermiş olub.

Qeyd edək ki, bundan əvvəl də bir neçə deputat Paşinyanın rəhbərlik etdiyi düşərgədən istefa vermişdi.