Daha bir AXH üzvü həbs edildi – Siyasi sifariş

0
233

Azərbaycan Xalq Hərəkatına qarşı represiyalar davam edir.

AnTV.az xəbər verir ki, Azərbaycan Xalq Hərəkatının Ali Məclisinin üzvü, AXH Sabunçu rayon təşkilatının sədr müavini, Gələcək Azərbaycan Partiyasının üzvü Ramiz Səlimov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bu barədə Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti üzvü, AXH dönəm sədri, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu məlumat verib.

Ağasif Şakiroğlu

A. Şakiroğlunun bildirib ki, Azərbaycan Xalq Hərəkatının yerli strukturundan verilmiş məlumata görə onu “polisə müqavimət göstərməkdə” ittiham edərək İnzibati qayda da 30 gün müddətinə azadlıqdan məhrum ediblər.

Məsələni diqqətdə saxlayacağıq…

Ramiz Səlimov

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin