Dağlıq Qarabağda erməni əsgəri ölüb

0
19

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş ərazisində işğalçı ordunun əsgəri ölüb.

AnTV.az xəbər verir ki, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə bu gün yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artem Arturoviç Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin