Dağıstanda terrorçular zərərsizləşdirildi

0
3

Dağıstanda qanunsuz quldur dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

AnTV.az xəbər verir ki, bu barədə “İnterfaks”ın məlumat yayıb. Toqquşmalarda üç yaraqlı zərərsizləşdirilib. Onların üzərində avtomat silahlar və sursat olub.

Xüsusi təyinatlılar yaraqlıların olduğu evi mühasirəyə alıb. Onların silahları yerə qoyub təslim olmaları tələb olunsa da, bunun əvəzində əməliyyatçılara atəş açıblar. Döyüşçülər hücuma keçərək, cinayətkarları zərərsizləşdirib.

İlkin məlumata görə, quldurlar Dağıstanda iri terror aktları törətməyi planlaşdırıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin