Dağıstanda İŞİD tərəfdarları zərərsizləşdirilib

0
2

Rusiyanın Dağıstan Respublikasında İŞİD terrorçu qruplaşmasının iki tərəfdarı zərərsizləşdirilib.

AnTV.az xəbər verir ki, onlar Rusiyanın hüquq-mühafizə orqanlarına hücum təşkil etməyi planlaşdırırdılar.

Məlumatda bildirilir ki, hüquq-mühafizə qüvvələri tərəfindən terrorçuların olduğu VAZ-2109 markalı avtomobili saxlamaq üçün cəhd göstərilib. Silahı atmaq və təslim olmaq tələbinə cavab olaraq silahlılar atəş açıb.

Qeyd edilir ki, atışma nəticəsində cinayətkarların hər ikisi zərərsizləşdirilib.
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin