Dərbənddə tikintidə ölən azərbaycanlılar bu gün dəfn edilib

0
64

Oktyabrın 23-də Rusiyanın Dərbənd şəhərinin Salman küçəsində tikilməkdə olan binadan yıxılaraq ölən şəxslərin kimliyi bəlli olub. AnTv.az-a Dərbənddə yaşayan soydaşlarımızın verdiyi xəbərə görə, onlar  Zaqatala rayon Suvagil kənd sakinləri – 1959-cu il təvəllüdlü Nəsib Mikayıl oğlu İsgəndərov, 1973-cü il təvəllüdlü Camal Kamal oğlu Zəkəriyev və 1963-cü il təvəllüdlü Zərbalı Taleh oğlu Əhmədovdur.

Faciəli şəkildə dünyasını dəyişənlər oktyabrın 25-də  Zaqatalaya gətirilərək doğulduqları Suvagil kəndində torpağa tapşırılıblar.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın Dərbənd şəhərinin Salman küçəsində tikilməkdə olan hündürmərtəbəli binanın yanında 3 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, araşdırmalar zamanı həmin  şəxslərin Azərbaycan vətəndaşları olduğu müəyyənləşib.  Belə ki, verilən məlumatda bildirilib ki,  Azərbaycan vətəndaşlarının  hündürlükdə işləyən zaman texniki təhlükəsizlik qaydalarını pozaraq sığorta kəmərindən istifadə etməyiblər. Onların üzərində olduqları iş platformasının trosu qırılıb və sürüşmə baş verib. Bu zaman yüksəklikdən yerə yıxılan fəhlələr aldıqları xəsarətlərdən  yerindəcə ölüblər.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin