Xəbərlər

Con Kerri ABŞ prezidenti olmağa hazırlaşır

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri 2020-ci ildən keçiriləcək prezident seçkisində yenidən namizəd olacağını açıqlayıb. Bu barədə Con Kerri CBC televiziyasına müsahibəsində bildirib. “2020-ci il seçkisindən danışmaq zamanın boşa xərclənməsi və diqqətin yayınmasıdır. İndi biz diqqətimizi Konqresə keçiriləcək seçkilərə yönəltməliyik. Mən bundan sonra da mübarizəmi davam etdirəcəyəm”, – deyə o bildirib. Qeyd edək ki, Con Kerri 2004-cü ildə prezidentliyə namizəd olub. O, bu seçkidə Corc Buşa uduzub. Qeyd edək ki, Con Kerri 2013 — 2017-ci illərdə ABŞ-ın 68-ci dövlət katibi olub.