Siyasət

Çin: " ABŞ bu razılaşmadan çıxsa..."

ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmadan birtərəfli şəkildə çıxması çoxmövqeli neqativ təsirə səbəb olacaq. AnTV.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin deyib. Onun sözlərinə görə, bu razılaşma beynəlxalq münasibətlərin stabilləşməsi, qlobal strateji balansın qorunmasında mühüm rol oynayır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sözügedən razılaşmadan çıxacağını açıqlayıb.