Gündəm

"Cənab icra başçısı,sizin işlərinizi prezident görməlidir?!" - Aslan Hamidli

"Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil"

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib. 

Aslan Hamidli: "Gördüyünüz şəxs Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevdir. Qarabağ qazisi, Goranboy sakini Həsənov Sərdar Rüstəm oğlu Şuşada gedən döyüşlər zamanı ağır yaralanıb. Başının sol hissəsində sınıq aşkarlanıb. Müvafiq yerlərə müraciət edilsə də,qazimizə kömək olan heç bir qurum yoxdur. Ona özəl klinikaya müraciət etməyi məsləhət görüblər. Kasıb ailə övladı olan Həsənov Sərdar ailəlidir və 2 uşağı var.

Qazimiz prezidentə müraciət edib və ondan kömək istəyib.

Bu məsələ ilə bağlı tədbir görsəydiniz çox yaxşı olardı.

Cənab icra başçısı,sizin işlərinizi prezident görməlidir?! Bəs siz niyə varsınız?

Ölkə mediasında dərc olunan və rəsmən təkzib olunmayan həmin iddialara görə,Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma “Talış Muğan Respublikası” yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun ideyalarını aktiv şəkildə yayanlardan biri olduğu da deyilir. İcra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məsələn, 1968-ci il təvəllüdlü Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Lənkəran şəhərində yerləşən “Avrora” sovxozunda aqronom kimi çalışıb. Və bu proses də 1988-1993-cü illəri əhatə edib. Elə bioqrafiyada “qırılma nöqtəsi” də oradadır.

Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil.

Məhərrəm Quliyevin nə zamansa Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərəm. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsaydı, pis olmazdı..."

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

AnTv.az