Siyasət

"Cənab Həsənov olmaya yeni villamı tikdirmək istəyirsiniz?!" - AÇIQLAMA

"Canlarını bu vətən üçün fəda etməyə hazır olan zabitlərə göstərdiyiniz qayğı budurmu Zakir Həsənov?!"

AnTv.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib. 

"Hərbçilər prezident İlham Əliyevə müraciət edib.

Post tikmək olmur başa düşürük. Orada hələ nə qədər mina təmizləmə işlərində getdiyini də anlayırıq. Müdafiə Nazirliyinin pulu yoxdurmu konteyner almağa? İçində hər cür şəraiti olan o konteynerlərdən mövqelərimizə almaq çox mu çətindir cənab Həsənov?! 

O konteynerin qiyməti 4900 azndir ( https://ucuztap.az/elan/6476024-konteyner-sat%C4%B1s%C4%B1/ ). Sizlər üçün mən linkini buraya yerləşdirdim. 

Zakir Həsənov xatırlayırsınızsa azad edilmiş ərazilərimizdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılırması üçün alınmış səyyar obyektlərə baxış keçirmişdiniz, bəs hanı onlar?!

Hələ bu azmış kimi hərbçilərin əmək haqqı bir qata endirilib. Cənab Həsənov olmaya yeni villamı tikdirmək istəyirsiniz?!

Canlarını bu vətən üçün fəda etməyə hazır olan zabitlərə göstərdiyiniz qayğı budurmu Zakir Həsənov?! 

Bakıda Müdafiə Nazirliyində xidmət edən zabitlə Laçında, Şuşada, Kəlbəcərdə soyuqda xidmət edən zabit eyni maaş alacaq. Bu ədalətdirmi? 

Ümid edirəm bu məsələlər qısa zamanda həllini tapacaqdır!"