Cəbəllütariqlə bağlı dörd memorandum imzalanıb

0
34

İspaniyaBöyük Britaniya Cəbəllütariq məsələsi ilə bağlı protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzalayıb.

AnTV.az TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Piriney krallığının xarici işlər naziri Jozep Borrel deyib.

“Bu gün İspaniya və Birləşmiş Krallıq Cəbəllütariqin [Aİ-nin tərkibindən çıxması] ilə bağlı razılaşmalar haqqında protokolda nəzərdə tutulan ikitərəfli sazişləri imzaladılar. Bu dörd memorandum tütün və digər məhsullar, vətəndaş haqları, ətraf mühit və polis və gömrük məsələlərində əmədaşlığa aiddir”, – deyə nazir “Twitter”də yazıb.

Bundan əvvəl Britaniya və İspaniyanın Cəbəllütariq üzrə razılığa gəldiyi məlumat verilib.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin