Cavid Qurbanov müxalif partiya sədrini həbslə hədələyir — İsgəndər Həmidovun əli ilə

0
95
İsgəndər Həmidov

Sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov ona qarşı çıxanları təhdid etməyə davam edir.

AnTV.az xəbər verir ki, redaksiyamıza sızan məlumata görə, İ.Həmidov Azərbaycan Xalq Hərəkatının qurucularından biri, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunu həbslə hədələyir.

Gələcək Azərbaycan partiyasının sədri Ağasif Şakiroğlu

Məlumata görə, o, Ağasif Şakiroğlunu Cavid Qurbanovun əli ilə həbs etdirmək istəyir. Belə ki, ona qarşı çıxan və onun son dönəmlərdə AXH-nı parçalamaq planını ifşa edən Ağasif Şakiroğlunun yaxın çevrəsindən xəbər göndərərək hədələyib.

“Ya sus, ya da başına oyun AÇDIRACAM” xəbərdarlığına məhəl qoymayan Ağasif Şakiroğlu Azərbaycan xalqının rifahı xatirinə gerçəkləri danışmaqdan əl çəkməməkdə israrlı olduğunu bildirib.

Sabiq Daxili İşlər Naziri İsgəndər Həmidov

İsgəndər Həmidovun yaxın çevrəsindən verilən məlumata görə, o, Ağasif Şakiroğlunun danışmaması üçün həbs etdirməkdən başqa çarəsi olmadığını və bunun üçün Cavid Qurbanovun dəstəyindən istifadə edə biləcəyini bildirib.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin