Çarukyanın işçiləri küçəyə çıxdı – Etiraz aksiyası

0
12

Ermənistanın Ararat şəhərində etiraz aksiyası başlayıb.

AnTV.az xəbər verir ki, bu məlumatı “Verelq.am” saytı yayıb.

Məlumata görə, etiraz aksiyasını “Araratsement” qapalı səhmdar cəmiyyətinin işçiləri təşkil ediblər. İşçilərə zavodun 2 ay ərzində bağlanacağının bildirilməsi onların etirazına səbəb olub.

Qeyd edək ki, “Araratsement” Ermənistanın ən böyük sement istehsalçılarından biridir. Zavod “Multi qrup” şirkətinin tərkibinə daxildir.

Bu şirkət Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyana məxsusdur. Çarukyan zavodu 2002-ci ildə əldə edib. Bundan öncə zavoda Ermənistanın mərhum Baş naziri Vazgen Sərkisyanın ailəsi nəzarət edib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin