“Bundan da murdar, ləyaqətsiz və xəyanətkar mövqe…”- Deputat müxalifəti “topa tutdu”

0
8

“Əgər kimsə öz dövlətinə və xalqına qarşı xaricdən, hər hansı bir ölkədən və ya təşkilatdan təzyiq göstərilməsini tələb edirsə, dünyada bundan ləyaqətsiz və şərəfsiz hərəkət ola bilməz. Düşünürəm ki, hər bir azərbaycanlı Azərbaycan dövlətinin təhlükəsizliyi və möhkəmlənməsi, inkişafın və sabitliyin qorunub saxlanılması üçün əlindən gələni etməlidir. Yəni, dağıdıcı müxalifətin xaricdən bu cür çağırışlarına qarşı hər kəs öz sahəsində nəyi bacarırsa, dövlətçilik naminə onu da etməlidir”.

AnTV.az xəbər verir ki, bu fikirləri “Demokrat.az” açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov bildirib.

Deputat deyib ki, kimsə xaricdən Azərbaycanın üzərinə gəlmək istəyi ilə çağırışlar edirsə, həmin şəxslər Azərbaycan dövlətinə və Vətənə xəyanət edirlər:

“Xaricdən Azərbaycana qarşı sanksiya tələb edən şəxslərin bu hərəkətləri millətə, dövlətə və Vətənə xəyanət kimi qiymətləndirilməlidir. Bunun başqa adı yoxdur. Əgər sən hakimiyyətə gəlmək üçün öz dövlətinə qarşı başqa ölkələrin gücündən istifadə etmək fikrinə düşmüsənsə, dövlətçiliyinin təhlükə altına düşməsi üçün başqa dövlətlərdən açıq şəkildə dəstək, kömək istəyirsənsə, bunun bir adı var – Vətənə xəyanət. Yəni, sən xarici dövlətlərə açıq şəkildə çağırış edirsən ki, gəl mənim ölkəmi dağıdıb viran qoy, Suriyanın, İraqın, Liviyanın vəziyyətinə sal, təki mən hakimiyyətə gəlim. Mən bundan da murdar, ləyaqətsiz və xəyanətkar mövqe təsəvvür edə bilmirəm!”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin