Bu müxalifət partiyaları YAP-ın tədbirinə qatılmaqdan imtina etdilər

0
249

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.

AnTV.az xəbər verir ki, tədbirdə YAP-dan başqa Azərbaycan Demokrat Partiyası(ADP), Azərbaycan Xalq Partiyası (AXP) Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Böyük Quruluş Partiyası (BQP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Vətəndaş və İnkişaf Partiyası(VİP) və AĞ Partiya qatılıb.

Klassik Xalq Cəbhəsi və Ümid partiyalarına dəvət göndərilsə də, onlar tədbirə qatılmayıb. Dəyirmi masada QHT və media nümayəndləri də iştirak edir.

Qeyd edək ki, cəmiyyətdə nüfuzu olan digər real müxalifət partiyalara (Müsavat, AXCP, ALDP, ReAl və Gələcək Azərbaycan Partiyasına) isə ümumiyyətlə dəvət göndərilməyib.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin