“Bu bir qədər bahalıdır, belə də olmalıdır” – CAVİD QURBANOV

0
224

“Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik”.

AnTV.az-ın xəbərinə görə, bu haqda “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov belə deyib.

C.Qurbanov qeyd edib ki, sözügüdən qatarda xidmət yüksək səviyyədədir: “Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək”.

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu da vurğulayıb.

Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin