Bu axşam Günəş tutulması müşahidə olunacaq

0
14

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Yerin cənub yarımkürəsində – Çili, Argentina və Sakit okeanın cənubunda daha aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin