BŞİH AXH-nin mitinq müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-nə təyin etdiyi yürüşlə bağlı müraciətinə cavab verib.

AnTV.az xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və yürüşün keçirilməsinə razılıq verilməyib.

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, yürüşün “AMAY” Ticarət Mərkəzindən Xətai Rayon İcra hakimiyyətinin binasına qədər keçirilməsi nəzərdə tutulurdu.

 

AnTV.az