BŞBPİ əhaliyə müraciət etdi

0
42

Bakı Şəhər Baş Polis İdarəsi “Aşura” günü ilə əlaqədar əhaliyə müraciət edib.

AnTV.az xəbər verir ki, müraciətdə deyilir:

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaqdır. Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaqdır.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir.

Bakı Şəhər Baş Polis İdarəsi
Mətbuat Xidməti
09 sentyabr 2019-cu il

Bakı şəhəri, Yusif Səfərov küçəsi 45.
Fax: (+99412) 590-68-81
E-poçt: bpimetbuat@bakupolice.gov.az
www.bakupolice.gov.az

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin