Boliviyada etirazlarda 383 nəfər xəsarət alıb

0
4

Boliviyada Evo Moralesin prezident seçkilərindəki qələbəsindən sonra başlayan etiraz aksiyalarında 19 gün əzində 380-dən çox insan xəsarət alıb.

AnTV.az Trend-ə istinadən xəbər verir ki, etirazlar oktyabrın 20-də Boliviyada keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra başlayıb və bu günə qədər davam edir.

Ombudsmanın hesablamalarına görə, 21 oktyabr – 8 noyabr tarixləri arasında, Boliviyanın müxtəlif şəhərlərində 383 nəfər – 325 kişi və 58 qadın xəsarət alıb.

Malumatda bildirilir ki, etirazlar başlayandan polis 195 nəfəri saxlayıb.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin