BMM-in mühafizəçiləri jurnalistlərə hücum etdi – (VİDEO)

0
336

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib. 

AnTV.az xəbər verir ki, tədbirdə bir neçə partiya liderləri çıxış ediblər. Onların bəziləri hakimiyyəti sərt tənqid edərək kəskin çıxışlarla yadda qalıblar. Tədbir zamanı zalda işıqlar söndürüldüyü üçün Milli Şura-nın sədri Cəmil Həsənli BMM rəhbərliyini tənqid edərək işıqların bilərəkdən söndürüldüyünü iddia edib. Cəmil Həsənlinin çıxışından sonra tədbir vaxtından erkən yekunlaşdırılıb. Tədbir bitdikdən sonra isə BMM-in mühfizəçiləri ilə partiya liderləri arasında mübahisə başlayıb. Daha sonra mühafizəçilərdən biri mübahisəni lentə alan jurnalistlərə hücum edərək ilk öncə jurnalist Təzəxan Mirələmliyə şillə vurdu. Mühafizəçilərin təzyiqindən AnTV.az-ın müxbiri də yan keçməyib.

Mühafizəçilərdən biri AnTV.az-ın müxbiri Nurlan Cəfəriyə hücum edərək onu vurub. Mühafizəçi kameranı əlindən almağa cəhd eləsə də tədbir iştirakçıları jurnalisti hadisə yerindən uzaqlaşdırıblar. Həmin kadrları təqdim edirik:

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin