İçərisində bomba olduğu deyilən təyyarə Bakıda təcili eniş edib

0
57

Rusiyanın Azərbaycandakı diplomatik missiyası “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi ilə bağlı məlumat yayıb.

Hazırda mütəxəssislər təyyarənin bortuna və yük hissəsinə baxış keçirir.

“Təyyarədə doqquzu uşaq olmaqla, 216 sərnişin və doqquz ekipaj üzvü olub. Onlar müvəqqəti olaraq, aeroportun binasına yerləşdirilib. Xəsarət alan yoxdur. Azərbaycan xidməti yaxşı işləyir. Sərnişinlərin heç bir şikayəti yoxdur. Ümid edirik ki, heç bir bomba tapılmayacaq və təyyarə iki saat ərzində yoluna davam edə biləcək”, – məlumatda bildirilib.

Bundan başqa, “İnterfax”ın məlumatına görə, bomba xəbərini verən şəxs həbs edilib. Onun təyyarənin ayaqyolunda bomba yazısı olan qeydi yerləşdirdiyi bildirilib. Şübhəlişəxsin Rusiya vətəndaşı olduğu bildirilib.

Təyyarədə aparılan axtarışda heç bir şübhəli əşya aşkarlanmayıb

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin