Bakıda binada yanğın hadisəsi baş verib

0
15

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 2 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzil yanğından mühafizə olunub. Yanğının yanğından mühafizə bölmələri tərəfindən qarşısı alınıb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin