Bizimlə böyüyən “Yeni Musavat” – 30 il

0
46
Bu gün “Yeni Musavat” qəzetinin 30 yaşı tamam olur.
 
“Yeni Musavat” qəzetini vəsf etmək üçün danışmağa söz o qədər çoxdur ki, qısa bir yazıya sığdırmaq peşəkarlığımın fövqündədir. “Yeni Müsavat” haqqında danışanda mütləq uşaqlığımıza gedib çıxmaq məcburiyyətindəyik. Stolun bir qırağından oturub oyuncaqlarla oynadığımız illərdə masada əmilərimizin, dayılarımızın, atalarımızın qarşısında görmüşük. Küçədə görmüşük, köşklərdə görmüşük hətta böyüyəndən sonra belə evimizdə olan köhnə əşyaları tapanda içindən “Yeni Musavat”ın qədimi nüsxələri çıxır qarşımıza.
 
Bu həmin “Yeni Müsavat”dır ki, bu il 30 yaşa girdi. Çoxumuzdan yaşca böyük olacaq qədər dərin qəzetdir “Yeni Musavat”.
 
Bu yaxında qarşıma bir şəkil çıxdı. Rauf Arifoğlunun cavanlıq şəkli. “Yeni Musavat”ın kollektivi ilə növbəti nüsxənin planını cızırdı bəlkə də, “Yeni Musavat”ı insanlara sevdirmək barədə danışırdı ya da. Hər nə olur olsun bu gün o məqsədinə çatıb. İndi “Yeni Müsavat” həyatımızın bir parçası olub. Oxuya-oxuya böyüdük, hələ də oxuyuruq. Bu gün mən düşünsəm yadıma sala bilmərəm elə bir günü ki, o gün qəzetin web saytına daxil olub xəbərləri bir-bir açmayım. Çoxumuz üçün adi bir sıradan halımızdı bu bizim.
 
Bu gün isə “Yeni Musavat” az qala həftəiçi hər gün oturub Sevinc Telman Qızının canlı yayımlarını gözlədiyimiz, Məğrur Salmanovun çəkdiyi bir-birindən gözəl kadrları izlədiyimiz, Cavanşir Abbaslının müsahibələrinin gündəm mövzusu olması, İlkin Muradovun məhkəmələrdəki yazılarını oxumaq və qəzetin digər şəxslərinin zəhməti bahasına  gündəmdən xəbərdar oluruq. Bəzən jurnalist olaraq bilmədiyimiz çox yeni mövzuları bu sayt və ya qəzetdə öyrənirik.
 
Oyuncaqlarla oynadığımız yaşımızda masanın üstündə gördüyümüz “Yeni Müsavat”dan bugünkü “Yeni Musavat”a qədər gəldi onlar. Biz də böyüdük, “Yeni Müsavat”da…
 
Bizimlə böyüməyə davam etsin təki. Bir daha “Yeni Musavat”ı təbrik edir, daha böyük uğurlar diləyirəm…
Nurlan Cəfəri
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin