“Bir sıra KİV-lərin getdikcə oxucu və dinləyicisi artmaqdadır”- Azər Həsrət- ÖZƏL

0
76

Azərbaycanda son illərdə kütləvi informasiya vasitələrinin sayı artmaqdadır. Bu isə “reket” jurnalistikasının inkişafına gətirib çıxarır. Bu barədə Azərbaycan Respublikasının əməkdar jurnalisti Azər Həsrət AnTV.az-a açıqlama verib.

Azər bəy, Azərbaycanda KİV-lər həddindən artıq çoxdur. Bir sıra qəzet, jurnal və saytların oxucusu olmadığı halda fəaliyyət göstərir və bu da “reket”çiliyə gətirib çıxarır. Bu qədər KİV-in olması kimə və nəyə lazımdır?

“Bu hal Azərbaycan üçün spesifik deyil. Dünyanın hər yerində dövlətlər öz konstitusiyasında təminat verir və KİV-in təşkil, təmin edilməsi üçün imkanlar yaradır. Azərbaycan da konstitusiyasında KİV-lərin azadlığına təminat verir və sərbəst şəkildə fəaliyyətinə şərait yaradır. Normal cəmiyyətlərdə tələb və təklif məsələsi özü təbii şəkildə həll olunmalıdı. İndiki zamanda Azərbaycanda KİV-lərin sayının çox olması bir çox dəxli olan və olmayan insanların KİV sahəsinə maraq göstərməsindən irəli gəlir. İnsanlar düşünür ki, bu yolla uğur qazana , cəmiyyətə daha faydalı ola bilərlər. Bu da sui-istifadə hallarına gətirib çıxarır. KİV-lərin bu qədər çox olması da bundan irəli gəlir.
Cəmiyyət seçim etməlidir ki, hansı TV, sayt, qəzet, jurnaldan istifadə etməlidir. Zamanla hiss olunur ki, bu keyfiyyət dəyişikliyi baş verməkdədir. Yəni, bir sıra KİV-in getdikcə oxucu və dinləyicisi artmaqdadır. Bəziləri də var ki, illərdir yerlərində sayırlar. Bazar özü hər şeyi tənzimləyəcək. Azərbaycan da azad bazar iqtisadiyyatına malik olan ölkədir. Bu prinsipdən də dövlətin imtina etmək fikri yoxdur.”- deyə qeyd edib.

Fərid İsmayılov

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin