Bir evdən 3 uşaq meyiti çıxdı

0
11

Britaniya şokda, qətlin səbəbi bəlli deyil

AnTV.az “Musavat.com”-a istinadən xəbər verir ki, İrlandiyada baş verən dəhşətli qətl bütün Britaniyanı sarsıdıb. Dublinin cənubunda yerləşən Nyukasl şəhərindəki bir mənzildə 3 azyaşlı uşağın meyiti tapılıb. 9 yaşlı Conor McGinley, onun 7 yaşlı qardaşı Darragh və onların 3 yaşlı bacısı Carlanın müəmmalı ölümünün səbəbi istintaqa bəlli deyil. Ancaq uşaqların boğularaq öldürülməsi haqqında irəli sürülmüş versiya yerli mediada daha çox hallanır.

Hazırda uşaqların meyiti morqdadır və araşdırmalar davam edir.

Qəzetlər yazır ki, uşaqların atası Andrew McGinley qonşuların zəngindən sonra evə gəlib. O vaxt mənzilin qarşısında Təcili Yardım Xidməti işçilər və polis vardı. Onlar ataya deyib ki, xahiş edirik, yuxarı qalxmayın. Buna baxmayaraq, ata yuxarı qalxıb və ciddi əsəb sarsıntısı keçirib.

Öldürülmüş uşaqların 40 yaşlarında olan anası bir taksi sürücüsü tərəfindən xəstəxanaya aparılıb. Sürücü görüb ki, qadın özündə deyil. Ehtimal ki, o, artıq dozada ağrıkəsici dərman qəbul edibmiş. O, ağır vəziyyətdə idi, lakin onun tezliklə özünə gələcəyi gözlənilir.
Qətl törədilmiş mənzildə tapılmış kağız parçasında belə bir qeyd var: “999-a zəng et, ancaq yuxarı qalxma”.

Qonşular deyir ki, bu ailə altı ay əvvəl bu mənzilə köçüb, lakin çox xoş xasiyyətli, mehriban və çalışqan insanlar kimi tanınıblar.
“The Sun” yazır ki, uşaqların artıq dozada dərman qəbul etməsi və ya zəhərlənməsi polis tərəfindən ciddi şəkildə araşdırılır. Ancaq uşaqların boğularaq öldürülməsi də diqqət mərkəzindədir.

Hazırda qətl hadisəsi törədilmiş mənzilin ətrafına yerli sakinlər tərəfindən gül dəstələri düzülüb. İstintaq isə davam edir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin