Beyləqan sakini həmyerlisini qətlə yetirib

0
27

Beyləqan rayonunda qətl hadisəsi baş verib.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan Beyləqan sakini həmyerlisi Savalan Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı S.Qasımov xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin