BDU universitetin binasından şüar asılmasına münasibət bildirib

0
17

Bakı Dövlət Universiteti (BDU) 2 saylı korpusun binasından şüar asılmasına münasibət bildirib.

AnTV.az-ın verdiyi xəbərə görə, universitetdən “Report”a bildirilib ki, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun 2 saylı korpusunun fasadından “Pulsuz təhsil” şüarı yazılmış plakatın asıldığını əks etdirən foto yayılıb. 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb. Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin