Bayram namazı necə qılınacaq? – VİDEO

0
41

Bir müddətdən sonra ölkəmizdə ramazan bayramı qeyd ediləcək. Məlumdur ki, hər il bayram günü məscidlərdə yüzlərlə insan toplaşaraq bayram namazı qılır. Xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin keçirilməsi ləğv edildiyindən, bu il ramazanda bayram namazının necə qılınacağı sualı açıq qalır. Məsələyə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi aydınlıq gətirib.

AnTV.az xəbər verir ki, bayram namazı bu il kütləvi şəkildə qılınmıyacaq. Bunu Qafqaz Müsəlmanlari İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir.

Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq. Qədr gecələrinin bütün ayinləri də onlayn icra olunur, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini insanlara çatdırmaq üçün onlayn çıxış ola bilər.

Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

 

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin