Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb

0
13

Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AnTV.az xəbər verir ki, rayon ərazisində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Cəfərov Şəhriyar Tariyel oğlunu vurub.

Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ş.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin