Bakının mərkəzində keçirilən aksiyada “Qadına şiddətə yox” deyildi – Saxlanılanlar var

0
60

Bakının mərkəzində bir qrup ictimai fəal “Dözmə, yürüş et” adlı aksiya keçirib.

AnTV.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, ksiya iştirakçıları məişət zorakılığı ilə üzləşən qadınlara dəstək nümayiş etdirdiklərini, belə hallara son qoyulmasını tələb etdiklərini bildiriblər.

Əsasən, “Şiddətə son” şüarı səsləndirilib.

Polis əvvəlcə aksiyanı dağıtmağa çalışsa və aksiya iştirakçılarının əllərindən şüarları dartıb alsa da, sonradan aksiyada bəyanat oxunmasına imkan yaradıb.

Aksiya iştirakçıları Azərbaycanın qadın hüquqlarının müdafiəsini dəstəkləyən İstanbul konvensiyasının imzalamasını tələb ediblər.

Yerli mətbuatda gedən xəbərlərin monitorinqinə görə, bu ilin yanvarından indiyədək 80-dən çox qadın ailə üzvləri tərəfindən ya öldürülüb, ya da ağır bədən xəsarətlərinə məruz qalıblar.

Ailə, Qadın və Uşaq Dövlət Komitəsi məişət zorakılığlnın qarşısının alınması üçün Milli Fəaliyyət planın hazırlandığını bildirib.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin