Bakının mərkəzində aksiya keçirildi, Mehman Hüseynov həbs olunaraq vəhşicəsinə döyüldü – VİDEO

0
164

Xəbər verdiyimiz kimi məşhur repçi Pərviz Quluzadə (Paster) yazdığı mahnıya görə həbs olunub.

AnTV.az xəbər verir ki, bu gün saat 00:00-da “Fəvvarələr Meydanı”-da bununla bağlı aksiya təşkil edilib. Bİr çox gənclər şəhərin mərkəzinə toplaşaraq repçinin azadlığını tələb ediblər.

Məlumata görə, aksiya zamanı blogger Mehman Hüseynov saxlanılıb.

Bu barədə sosial şəbəkə hesabından məlumat verən Mehman Hüseynov onun polis bölməsində 6 nəfər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib:

“Adamı vəhşicəsinə döyəndə də gərək kişi kimi döyəsən. 6 nəfər polis bir tək mənə qarşı… Axırda day dözmədim dedim kişiliyiniz olsun heç olmasa bir bir döyün..”

Mehman Hüseynovun həbs olunma anının görüntülərini təqdim edirik.

 

 

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin