Sosial

Bakını toz-duman bürüdü

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanla bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Nazirliyin mətbuat xidmətindən AnTV.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.