Bakıda tükürpədici hadisə: 8 yaşlı uşaq bacısının şad günündə özünü asdı

0
30

Zaqatalada 8 yaşlı uşaq özünü asaraq intihar edib.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb.  İntiharın səbəbi məlum deyil.

Qeyd edilir ki, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin