Bakıda telefon oğurlayan şəxs tutuldu

0
7

Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub. 

AnTV.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin