Bakıda sürücü “NAZ Lifan”ı aşırdı – 1 nəfər öldü, 5-i yaralandı

0
11

  Bakıda ağır yol qəzası baş verib. 

AnTV.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.
Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
  AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin