Bakıda qardaş qardaşı bıçaqladı

0
24

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib. 

AnTV.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib.

Nəticədə o, üç bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat edilib.

Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Oxu.az bildirir ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin