Bakıda qadınların olduğu avtomobil qəza törədib, xəsarət alanlar var

0
5

Bakıda ağır yol qəzası baş verib.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarının arxasında qeydə alınıb.

Qəza nəticəsində 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, qadınlardan 19 və 40 yaşında olanlar qapalı kəllə beyin travması ilə, digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müayinələri davam edir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin