Bakıda kütləvi bıçaqlaşma — Xəsarət alanlar var

0
22
Gecə saatlarında Bakıda, metronun “Azadlıq” stansiyası yaxınlığında kütləvi dava olub.
 
AnTV.az xəbər verir ki, dava şəhərin Aydınbəyov küçəsində qeydə alınıb.

Belə ki, bir qrup gənc arasında baş verən söz-söhbət sonda qanla bitib.

Sözügedən davada, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, 1999-cü il təvəllüdlü Əliyev Zili, 1999-cu il təvəllüdlü Zeynalov Abbas bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarəti alıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan A. Zeynalova sağ budun kəsilmiş-deşilmiş yarası, M.Vəlizadəyə kəllə-beyin travması, sağ gicgah nahiyəsinin kəsilmiş yarası, Z.Əliyevə qarının ön divarının, Ə.Rzayevə isə sağ almacıq sümüyünün sınığı diaqnozu qoyulub. Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, adları çəkilən dörd gənc Memarlıq İnşaat Universitetinin tələbələridir. Onların arasında olan davanın hansı səbəblərdən baş verməsi isə hələlik məlum deyil.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin