Sosial

Bakıda koronavirusun ən çox yayıldığı rayon AÇIQLANDI

Bakı şəhəri üzrə koronavirusun ən çox yayıldığı rayonlar məlum olub.

AnTv.az “koronavirus.info”ya istinadən xəbər verir ki, ən yüksək göstərici Binəqədi rayonunda qeydə alınıb. Bu rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14, 7 faizini təşkil edir.

Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.