Bakıda həbsxanada dustaqlar arasında dava olub

0
8

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

AnTV.az “Report”-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən mediaya bildirilib ki, hadisə mart ayında baş verib:

“Heç bir kütləvi davadan söhbət getmir. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin