Bakıda əyləncə mərkəzindən 40 min manat oğurlandı

Bakıda uşaq əyləncə mərkəzindən 40 min manat oğurlanıb.

AnTV.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan bir yeniyetmənin ətrafında Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabrın 4-nə keçən gecə rayon ərazisindəki 1 ofisdən və 1 uşaq əyləncə mərkəzindəki seyflərdən müvafiq olaraq 40 min manat oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 

AnTV.az