Bakıda erməni adına qəsəbə!

0
125

Əslində “Montin” adlanan qəsəbə kimin adını daşıyır?

AnTV.az xəbər verir ki, bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev öz facebook sosial şəbəkəsində məlumat verib. Onun araşdırmasından sonra bəlli olub ki bu qəsəbə Bakının bolşeviklər tərəfindən işğalında mühüm rollardan biri olan Petr Vasilyeviç Montinin adını daşıyır.

Zaur Əliyev

Petr Vasilyeviç Montin əslində kimdir?

“Bakıda erməni adına qəsəbə!
Nərimanov rayonu, Montin qəsəbəsi Bakının bolşeviklər tərəfindən işğalında mühüm rollardan biri olan Petr Vasilyeviç Montinin (fotoda) adını daşıyır. Azərbaycan Cümhuriyyətinin yıxılmasında, daşnaklarla və bolşeviklərlə əlbir olan Montinin əsl adı Pyotr Montiyandır. Borçalı mahalının Ağbulaq kəndində 1882-ci ildə anadan olub. Babası çar Rusiyasının sadiq adamlarından biri olduğu üçün XIX əsrin əvvələrində Bakıya, içəri şəhərə komendant təyin edirlər. likör zavodu tikib Bakıda İçəri şəhərdə mağaza açır. Montinlərin həm İçəri şəhərdə, Şamaxı darvazalarının yanında, həm də indiki Nərimanov rayonu ərazisində iri mülkləri olub. “

Dosent qeyd edib ki, Petr Vasilyeviç Montin 1918-ci ildə ermənilərlə birlikdə azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilib, Şamaxı və Quba şəhərlərində bir çox insanın ölümünə səbəb olub:

“Pyotr özü Metex qalasında həbsdə olanda erməni daşnakları ilə dostlaşır. Babasının soyadının çara sadiqlik göstərib Montiyandan Montinə çevirməsi ona kömək edir ki, erməni xislətini gizlətsin. Azərbaycanda 1918-ci ilin mart hadisələrində soyqırım aktlarında Tatevos Əmirov, və onun qardaşı Arsenlə birgə atlı dəstəyə başçılıq edən Montin öz amansızlığı ilə seçilirdi. Şamaxı, Qubada onlarla insanın ölümünə səbəb olan Montin varlı ailələrin uşaqların oğurlayıb pul qarşılığında geri qaytarırmış.  Petr Vasilyeviç Montin 1920-ci ildə öldürülüb.”

Evtos, Arsen mirovlar və Montin”1989-cu il

Sonda Z.Əliyev erməninin adının Bakıda tarixə həkk edilməsinin hesabatını tələb edib:

“Xalqımıza qan udduran boleşvik-daşnak olan bir şərəfsizə Bakıda adına qəsəbə, marketlər, küçə adı olmasına kim izn verib görəsən? Niyə Azərbaycan xalqının düşməni olan bu şəxsin adına nələrsə qalmalıdır? Kimlər maraqlıdır ki, bu şərəfsizin xatirəsi qorunsun?

Bakı şəhər icra hakimiyyəti cavab verə bilərsən?
Zaur Əliyev, dosent “

Petr Vasilyeviç Montin

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin