Bakıda enerji səmərəliliyinə dair seminar öz işini başa vurub

0
103

Bakıda “Müxtəlif enerji istehlakı sektorlarında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsində effektiv siyasət və proqramlar üzrə məlumatlılığın artırılması və biliklərin paylaşılması” mövzusunda ikigünlük seminar öz işini başa vurub.

AnTV-nin xəbərinə görə, seminar panel iclaslarla davam edib. Panel iclaslarda “Enerji hədəfləri, kodları və standartları”, “Azərbaycana tikinti sektorunda SOCAR-ın bina fonduna əsaslanan enerji səmərəliliyi tədbirlərinin potensialı və effektivliyi”, “SOCAR-ın nəqliyyat sistemində davamlı pilot layihəsi və Azərbaycanda təmiz nəqliyyat siyasətinə dair tövsiyələrin öyrənilməsi” və s. mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, tədbir Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramının SOCAR ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi Milli Fəaliyyət Planları (NAMA) layihəsi çərçivəsində təşkil olunub. Seminar enerji səmərəliliyi anlayışını gücləndirmək üçün məlumatlılığın artırılmasına aid səmərəli siyasət və proqramlarla bağlı məlumatların bölüşdürülməsi üçün platforma təklif edəcək.

Seminar, həmçinin Avropanın və MDB ölkələrinin ən yaxşı beynəlxalq təcrübələrini nəzərə almaqla, Azərbaycanda müxtəlif enerji istehlakı sahələrində bərpa olunan enerji istifadəsinin potensialını araşdıracaq.

Gülnaz Qənbərli
Namir Həsənli
Aytac Kamilli
AnTV

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin