Bakıda əməliyyat keçirildi, saxlanılanlar var

0
63

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

AnTV.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan Məşədi Bağırovun həyətində aqrotexniki üsulla yetişdirilmiş 43 ədəd 670 qram çətənə kolu aşkar edilib.

Bundan başqa Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin