Bakıda dəhşətli yanğın: zəhərlənənlər var — FOTO

0
50

Əraziyə 15 yanğınsöndürən cəlb edilib, alovun qarşısını almaq mümkün deyil

AnTV.az xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Bu dəqiqələrdə Bakının Nizami rayonunda yerləşən “Səkkizinci kilometr” bazarı da yanır. Alov böyük bir ərazini əhatə edib.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb.

Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin