Bakıda bu məktəbin müəllimləri 5 gündür evlərinə gedə bilmir

0
69

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimlərinin adada əsir kimi qalmaları barədə məlumat yayılıb. Bildirilib ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

Məsələ ilə bağlı Pirallahı rayonu Çilov adası 131 nömrəli tam orta məktəbdən AnTV.az-a verilən məlumatda bildirilir:

“Çilov adasında fəaliyyət göstərən 131 nömrəli tam orta məktəbdə çalışan müəllimlərin gediş-gəlişi gəmi ilə həyata keçirildiyinə görə, bəzən hava şəraiti ilə əlaqədar işçilərin təhlükəsizliyi nəzərə alınaraq şəhərlə nəqliyyat əlaqəsində ləngimələr ola bilir. Bu dəfə də şəhərdə yaşayan bir neçə müəllimin hava şəraiti ilə bağlı evlərinə getməsi ləngiyib. Ən qısa zamanda hava şəraiti gəmilərin hərəkətinə imkan verən kimi, onların evə getməsi mümkün olacaq.

Qeyd edək ki, müəllimlərin gediş-gəlişi məsələsində hava şəraiti ilə bağlı ləngimələr olmasa, heç vaxt digər çətinlik yaranmayıb. Çilov adasında yerləşən “28 May” NQÇİ-nin rəhbərliyi həmişə müəllimlərin gediş-gəlişi üçün yaxından köməklik göstərir”.

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin